“Mərhələ-2” çərçivəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazı 2018-ci ilin ortalarında Türkiyə bazarına nəql olunacaq. Bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç deyib.
""Cənub qaz dəhlizi"nin yaradılması layihəsinin reallaşdırılması üzrə işlər qrafikə uyğun olaraq aparılır. Bu işlərin nəticəsi olaraq 2018-ci ilin ortalarında Azərbaycan qazı kommersiya şərtləri ilə Türkiyə bazarına daxil olacaq", - deyə o, bu gün Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Məşvərət Şurasının iclasında layihənin reallaşdırılmasının gedişatı qiymətləndirilib və bunun əsasında belə qənaətə gəlinib ki, layihə üzrə işlər lazımi səviyyədə yerinə yetirilir.
"Biz görürük ki, layihə strateji xarakter daşıyır və Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. İnterkonnektor-Yunanıstan-Bolqarıstan qaz kəmərinin tikintisi ilə qazın CQD vasitəsilə Yunanıstana, digər İnterkonnektor vasitəsi ilə isə Rumıniyaya nəqli mümkün olacaq", - deyə M.Şefçoviç vurğulayıb.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov mətbuat konfransında qeyd edib ki, Məşvərət Şurasının iclasında 2017-ci ildə CQD layihəsi çərçivəsində görülmüş işlərlə bağlı məsələlər müzakirə edilib. "Bundan başqa, növbəti illər üçün planlar müzakirə olunub və bir sıra qərarlar qəbul edilib", - deyə o əlavə edib.
Nazir, həmçinin bildirib ki, 2018-ci ilin ortalarında Azərbaycan qazının CQD vasitəsilə Türkiyəyə, 2020-ci ildə isə Avropaya nəqlinə başlanılacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət