Bu gün Tərtər rayonunda yeni Olimpiya İdman Kompleksinin (OİK) təməlqoyma mərasimi keçirilib. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Nazir Azad Rəhimov hazırda ölkədə 43 OİK-in fəaliyyət göstərdiyini qeyd edib. “Bu gün 44-cü kompleksin təməli qoyuldu. Bu il daha iki - Lənkəran və Beyləqan OİK də istifadəyə veriləcək”, - deyə o bildirib.
Kompleksin 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Olimpiya İdman Kompleksinin layihəsi «ArchiCo» MMC tərəfindən hazırlanıb. Tikinti işlərinə «Xəzər inşaat» MMC cəlb olunub. Kompleks Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış 4 ha ərazidə inşa olunacaq.
Kompleks üzgücülük hovuzu, güləş, boks və trenajor zalları, futbol stadionu, mini-futbol meydançası, voleybol - basketbol meydançaları və 54 yerlik mehmanxanadan ibarət olacaq.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət