S&P Global Ratings beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın uzunmüddətli və qısamüddətli reytinqlərini " BB-/B" səviyyəsində təsdiq edib. Bu barədə agentlikdən məlumat verilir.
Reytinqlə üzrə proqnoz “mənfi”dən “stabil”ə dəyişilib.
“Kapital Bank”ın proqnozunun “stabil”ə təkrar baxılması bankın yaxşı maliyyə göstəricilərini nümayiş etməyə və sabit əməliyyat gəlirlərinə malik olacağına dair rəyi əks etdirir. Biz həmçinin hesab edirik ki, bankın aktivlərinin keyfiyyəti stabil qalacaq və ölkədə banklar üzrə orta göstəricidən yüksək olacaq. Bundan əlavə, bank kapitalın kifayət dərəcədə buferini və mühüm likvidliyini dəstəkləyəcək”, - məlumatda qeyd olunur.
Bununla əlaqədar agentlik 2018-2019-cu illər ərzində bankın kredit portfelinin orta hesabla 5-7% səviyyəsində proqnozlaşdırır. Agentliyin qiymətləndirmələrinə əsasən, pərakəndə kreditləşmə bankın biznesinin artımının əsas təkanı olacaq, baxmayaraq ki, korporativ kreditləşmə seqmentində artım gözlənilmir. “30 sentyabr 2017-ci il tarixinə bankın vaxtı ötmüş kreditləri 2016-cı ildə 14,7%-ə qarşı 7,2%-ə qədər azalıb. Bu səbəbdən biz gözləyirik ki, bankın aktivlərinin keyfiyyəti Azərbaycanda digər bankların aktivlərindən stabil və yüksək səviyyədə qalacaq”, - agentlik qeyd edir.
S&P bildirir ki, 2017-ci ildə bankın gəlirliliyi rekord səviyyəyə çatıb. Bunun əsasında agentlik bankın yüksək gəlirliliyinin saxlanacağını proqnozlaşdırır. “Bundan başqa, hesab edirik ki, kapitallaşmanın səviyyəsi 2018-ci ilin birinci yarısında səhmdarlardan 40 mln. manat ($23,5 mln.) məbləğində imtiyazlı səhmlər formasında daxilolmalarla dəstəklənəcək”, - məlumatda vurğulanır.
“Stabil proqnoz gələcək 12-18 ay ərzində bankın krediti ödəmə qabiliyyəti sabit olacağına dair rəyimizi əks etdirir”, - məlumatda deyilir.
Bununla belə, S&P bankın özünün bazar mövqelərini yaxşılaşdıracağı halında reytinqlərini artıra bilər. Bankın reytinqləri aktivlərin keyfiyyətinin zəifləməsi, likvidliklə problemlərin yaranması halında aşağı salına bilər. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət