Energetika Nazirliyi 2018-2019-cu illərdə 1 mln. avro məbləğində vəsaiti eerji səmərəliliyinin artırılmasına dair tədbirlərin həyata keçirilməsinə yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
“Azərbaycan hökuməti “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nda dəyişiklik etməyi qərara alıb. ”
“Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 milyon avro məbləğində qrant vəsaitindən istifadə istiqamətlərindədəyişiklik edilib. Dəyişikliyə əsasən Avropa Komissiyasının ayırdığı qrantdan 1 mln. avro "Elektrik və istilik enerjisinin istehsalında yüksək səmərəliliyə və enerji resurslarının istifadəsində əhəmiyyətli qənaətə nail olunması, habelə istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik və istilik enerjisi ilə təmin edilməsi" layihəsini həyata keçirmək məqsədiə 2018-2019-cu illərdə Energetika Nazirliyinə veriləcək”, - Nazirlər Kabinetindən qeyd olunub.
Xüssuilə, Energetika Nazirliyi mövcud elektrik enerjisi stansiyalarının optimallaşdırılması və təkmilləşdirilməsi üzrə tədbirlər planının, elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını, habelə alternativ və bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi məqsədi ilə bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsini, energetika sektorunda bazar münasibətlərinin və bazar subyektlərinin formalaşdırılmasına yönəldilmiş hərtərəfli islahatların aparılmasına dair qanunvericilik bazasının hazırlanmasını təmin etməlidir, “Azəristiliktəchizat” ASC-nin texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılma tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planını hazırlamalıdır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət