“Şahdəniz” yatağının işlənməsi layihəsinin “Mərhələ-2” çərçivəsində qaz hasilatına başlanılması Xəzər regionunda gələcək miqyaslı layihələrin reallaşdırlması üçün müsbət amildir. Wood Mackenzie beynəlxalq konsaltinq şirkətinin analitikləri belə hesab edirlər.
“Mərhələ-2” çərçivəsində qaz hasilatına başlanılması nəinki Azərbaycan, həm də bütövlükdə Xəzər regionu üçün mühüm məqamdır. Bu, gələcəkdə Azərbaycan və Qazaxıstanda əsaslı layihələr üçün yaxşı istiqamətdir, çünki onlar investisiyaya görə rəqabət aparır”, - şirkətin məlumatında qeyd olunur.
Şirkətin Xəzər regionu və Avropada neft və qaz sektoru üzrə əsas analitiki Eşli Şermanın (Ashley Sherman) rəyinə görə, “Mərhələ-2” çərçivəsində qaz hasilatı və TANAP qaz kəməri ilə Azərbaycan kommersiya məqsədli qazının Türkiyəyə nəqlinə başlanılması “Xəzər dənizindən təbii qazın Türkiyə vasitəsilə İtaliyaya tədarükünün böyük zəncirinin təməl daşıdır”.
“Cənub Qaz Dəhlizi” layihəsinin gələcək mərhələlərinə 2019-cu ildə TANAP qaz kəmərinin qərb hissəsinin tikintisinin başa çatdırılması (Eskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər - İF-Az) və 2020-ci ildə Avropaya illik 10 mlrd. kubmetr qaz tədarükü məqsədilə TAP qaz kəmərinin istifadəyə verilməsi daxildir”, - məlumatda E.Şermanın sözlərindən sitat gətirilir.
O həmçinin vurğulayıb ki, “Mərhələ-2” çərçivəsində qaz hasilatı və TANAP ilə Azərbaycan qazının kommersiya tədarükü 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinə dair müqavilə və 2018-ci ildə SOCAR ilə BP və Equinor şirkətləri arasında yeni ofşor layihələrin reallaşdırlmasına dair müqavilələrin imzalanması ilə şərtlənən Azərbaycanın neft-qaz sektoru üçün “müsbət dövrün” davamıdır.
“Əvvəlki kimi, Azərbaycanın ofşor zonalarında beynəlxalq investorlara, ilk növbədə BP-yə təklif oluna biləcək kifayət həcmdə qaz ehtiyatları var”, - E.Şerman qeyd edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət