Son günlər ərzində isti havalarla bağlı istehlakın artması Azərbaycanın enerji sistemində qəzanın səbəbi ola bilməz. Prezident İlham Əliyev belə hesab edir.
"Bəziləri bu qəzanı isti hava ilə bağlayırlar. Lakin isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür”, - deyə o, iyulun 4-də ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə bildirib.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev müşavirədə qeyd edib ki, son günlər ərzində ölkədə elektrik enerjisinin istehlakı 40% - 70-75 mln. kVt/saata qalxıb.
"Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib”, - deyə dövlət başçısı E.Pirverdiyevin çıxışını yarıda kəsərək söyləyib.
O vurğulayıb ki, yaradılmış Dövlət Komissiyası hər iki qəzanın səbəblərini araşdırmalıdır.
E.Pirverdiyev Azərbaycanın enerji sistemində yaranmış qəza vəziyyəti ilə əlaqədar üzr istəyib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət