Azərbaycan və Misir arasında birbaşa hava əlaqəsinin bərpası aviaşirkətlərin böyük zərərə uğraması ilə əlaqədar ləngiyir. Bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim Əhməd İbrahim deyib.
"Azərbaycan və Misir arasında birbaşa hava əlaqəsinin yaradılması haqqında saziş bağlansa da, bu proses ləngiyir. Çünki aviaşirkətlər hesab edir ki, onlar böyük zərərə uğrayacaqlar", - deyə o, Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, birbaşa hava əlaqəsi yaradılmazdan əvvəl iki ölkə arasında turizmi təşviq etmək lazımdır ki, bu da aviareyslər üçün əlverişli zəmin yaradacaq. "Turist axını yüksək səviyyədə olmalıdır. Birbaşa hava əlaqəsinin olmaması səbəbindən mal dövriyyəsinin də həcmi aşağıdır", - deyə diplomat qeyd edib.
Adel İbrahim Əhməd İbrahim vurğulayıb ki, Azərbaycan-Misir münasibətləri yüksək səviyyədədir və bir səfir kimi onun vəzifəsi bu münasibətləri daha keyfiyyətli səviyyəyə çıxarmaqdır. “Ticarət-iqtisadi əlaqələrimizin inkişafı ilə bağlı işlər aparılır. Biz, həmçinin Azərbaycandan Misirə də turist axınının artmasını istəyirik", - deyə o qeyd edib.
Səfir deyib ki, hazırda Misirdə sabitlik hökm sürür. "Misirdə təhlükəsizlik təmin edilib. Bu, aviaşirkətlərə reysləri bərpa etməyə imkan verir", - deyə o əlavə edib.
Diplomat hər il Misirə 10 milyon turistin səfər etdiyini diqqətə çatdırıb.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət