"SOCAR Petroleum" QSC (SOCAR-ın törəməsi) Azərbaycanda “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqəsinin (YDM) sayını 28-ə çatdırıb. Bu barədə QSC-nin məlumatında deyilir.
“Cümə axşamı Bakının Pirallahı rayonunda “SOCAR” brendi ilə YDM-in açılış mərasimi olub”, - şirkətdən qeyd ediblər.
Yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN ödəniş” terminalı, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb.
Stansiyada 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Burada “Premium”, “A-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Məntəqədə 3 yanacaqpaylayıcı kolonka quraşdırılıb.
Məntəqədə 20 işçi çalışır.
Xəbər verildiyi kimi, cari ilin sonuna qədər SOCAR Petroleum Azərbaycanda “SOCAR” brendi ilə YDM-nin sayını 29-a çatdırmağı planlaşdırır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət