Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi cümə günü keçirilən iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentin mətbuat xidmətindən məlumat verilir.
“Bu dəyişikliklər hərbi qeydiyyata alınması üçün gənclərin yaşının azaldılmasını nəzərdə tutur. Hazırda bu, 16 yaşdır. Düzəlişlərə əsasən, ilkin hərbi qeydiyyatın 15 yaşdan aparılması nəzərdə tutulur”, - parlamentdən qeyd ediblər.
Bu dəyişikliklər cari il sentyabrın 1-dən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi iləşərtlənir.
Bundan başqa, dəyişikliklərə əsasən, hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaq) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda onlara verilmiş hərbi rütbədən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilə bilər.
Bu düzəlişlərin gələn həftə Milli Məclisin plenar iclasında müzakirəsi gözlənilir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət