Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2018-ci ilin yanvar-sentyabr aylarında 61,761 min unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 28% çoxdur. Bu barədə şirkətin məlumatında deyilir.
Şirkətin məlumatına görə, bu ilin 9 ayında “Anglo Asian Mining plc” tərəfindən 54,573 min unsiya qızıl (2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 45%), 1,057 ton mis (azalma 43,6%), 144,362 min unsiya gümüş (artım 15,2%) hasil olunub.
“Eyni zamanda, dore ərintisindən 50,156 min unsiya qızıl (artım 63,8%), 20,54 min unsiya gümüş (artım 2 dəfə) hasil edilib. Bu həcmdən 44,415 min unsiya qızıl (artım 77,8%) şirkət tərəfindən dünya bazarında satılıb”, - məlumatda qeyd olunur.
O cümlədən, yanvar-sentyabr aylarında şirkət tərəfindən 5,101 min ton mis konsentratı hasil edilib. Bu həcmdən $9,304 mln. məbləğində 3,901 min ton mis konsentratı dünya bazarında satılıb (2017-ci ilin yanvar-sentyabr aylarında $15,804 mln. məbləğində).
Xəbər verildiyi kimi, şirkət 2018-ci ildə 78-84 min unsiya qızıl ekvivalentində hasilat nəzərdə tutur.
Hazırda “Anglo Asian Mining” iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) “Gədəbəy” yatağından qızıl, gümüş və mis hasil edir.
"I yarımillikdə “Gədəbəy” yatağından 31,282 min unsiya qızıl (artım 1,7 dəfə), 13,124 min unsiya gümüş (artım 2,3 dəfə),
Xəbər verildiyi kimi, PSA tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51% “Anglo Asian Mining PLc” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə əsasən bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması nəzərdə tutulur.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb.“Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağında qızıl hasilatına başlayıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət