Rusiya silah sistemləri Azərbaycan Silahlı Qüvvələrin tələblərinə cavab verir. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
“Azərbaycan Rusiya silahları alır, və mən bununla tam razıyam, çox zaman hərbçilərlə əlaqədə oluram, onlar silahların keyfiyyətindən razıdırlar”, - A.Mirzəzadə “Bakı-Moskva: iqtisadi əməkdaşlığın yüksələn trendi” videokörpü zamanı vurğulayıb.
Onun sözlərinə görə, Rusiya silahları müasir tələblərə uyğun olması ilə fərqlənir və münasib qiyməti ilə xarakterizə olunur. “Onlar müasir, münasib qiymətədir və Azərbaycan Silahlı Qüvvələrin bugünkü tələblərinə cavab verir. Düşünürəm ki, Azərbaycan gələcəkdə də ehtiyacları üçün Rusiya silahları alacaq”, - A.Mirzəzadə qeyd edib.
“Azərbaycan silah sistemi Rusiya sistemi ilə çox inteqrasiya olunub, çünki qismən ümumi sovet bazasında qurulub”, - Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov bəyan edib.
Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən, Rusiya silah sistemi Azərbaycana döyüş hazırlığını möhkəmləndirməyə və həmçinin regional problemlər barəsində daha effektiv hiss etməyə imkan yaradır.
S.Markov vurğulayıb ki, Rusiya silahları qiymətin keyfiyyətə olan nisbətindən dünyada ən yaxşısıdır. “Bizdə keyfiyyət amerikalılardakı kimidir, qiymət isə bir qədər aşağıdır. Şübhəsiz, bu gün Rusiyanın hərbi-sənaye kompleksi liderdir. Bu gün biz sadəcə amerikalıların bazardan kənar siyasi metodlardan istifadə etmələri səbəbindən dünyada hərbi-sənaye kompleksi məhsullarının satşına görə ikinci yerdəyik”, - o bildirib.
Politoloqun sözlərinə görə, Vaşinqton NATO üzrə müttəfiqlərini sonuncular üçün sərfəli olmayan şərtlərlə Amerika silahları almağa məcbur edir. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət