2018-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 792,6 min barel təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 1,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
«2018-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 792,6 min barel təşkil edib. 2017-ci ildə bu göstərici 781,9 min barelə bərabər olub», - deyə məlumatda bildirilir.
Beləliklə, 2018-ci ildə ölkədə orta gündəlik neft hasilatı 1,3% artıb.
2018-ci ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında 801 min barel, iyun ayında 792 min barel, iyul ayında 773 min barel, avqust ayında, 774 min barel, sentyabr ayında 796 min barel, oktyabr ayında 783 min barel, noyabr ayında 801 min barel, dekabr ayında 790 min barel təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 10-da OPEC üzvləri ilə təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
2018-ci il dekabrın 7-də imzalanmış sazişə əsasən OPEC üzvləri neft hasilatını sutkada 800 min barel, kartelə daxil olmayan ölkələr isə 400 min barel azaldacaq. Bu saziş çərçivəsində 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın 20 min barel - 776 min barelədək azaldılması ilə bağlı öhdəlik götürüb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət