Xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistanın beynəlxalq humanitar hüquq əsasında üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozmasına lazımi qiymət verməlidir.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirakı çərçivəsində E.Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Piter Maurer ilə görüşüb.
“XİN başçısı Ermənistanın beynəlxalq humanitar hüquq, xüsusilə də 1949-cu il Cenevrə konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozduğunu vurğulayaraq BQXK-nın işğalçı ölkənin bu hərəkətlərinə lazımi qiymət verməsinin vacibliyini ön plana çəkib”, - deyə məlumatda bildirilir.
O, 2014-cü ildə öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsinin vacibliyini vurğulayıb.
“Xarici işlər naziri həmsöhbətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların mövcud vəziyyəti barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan nəticəyönümlü danışıqların tərəfdarıdır və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT sənədlərinə uyğun olaraq yalnız Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həllini tapa bilər”, - deyə məlumatda bildirilir.
Nazir BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb.
O, BQXK prezidentini Qoşulmama Hərəkatının üzv ölkələrin dövlət və hökumət başçılarının oktyabrın 25-26-da Bakıda keçiriləcək XVIII Zirvə Toplantısına dəvət edib.
P.Maurer humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin davam etdiriləcəyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparılıb, tərəflər arasında uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib.*
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət