2018-ci ildə Bakı Metropoliteninin inkişafına dövlət investisiyaları 165,74 mln. manat təşkil edib ($97,5 mln.). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Bütövlükdə, 2018-ci ildə “Bakı Metropoliteni” QSC-nin metro xəttlərinin tikintisinin davam etdirilməsinə dövlət büdcəsindən 165,74 mln. manat ayrılıb (artım 4,5 dəfə - İF)”, - hökumətin 2018-ci il ərzində hesabatında qeyd olunur.
Xüsusilə, ötən il bu vəsait hesabına 3-cü (bənövşəyi) metro xəttində "B-3"-"B-4"-"B-5" stansiyalarının hissələrinin tikintisi, "B-3" stansiyasında “A”, “D”, “C” çıxışlarında tikinti-quraşdırma işləri, “B-2” və “B-3” stansiyaları arasında tunelin yuxarı hissəsinin tikintisi və “B-3” stansiyasının yuxarı hissəsində izolyasiya işləri davam etdirilib.
Bundan əlavə, 2018-ci ildə «Depo-1» elektrik yarımsransiyasının tikintisi başa çatdırılıb.
“Ötən il “Sahil” metro stansiyasının tikintisinin başa çatdırılmasına ümumi investisiyalar 16 mln. 257,6 min manat təşkil edib. Bunun 14 mln. 34,4 min manatı dövlət vəsaiti, 2 mln. 223,2 min manatı Bakı Metropoliteninin öz vəsaitinin payına düşüb”, - hökumətdən qeyd ediblər.
Hökumətin məlumatına görə, 2018-ci ildə Bakı Metropoliteni ilə 231 mln. nəfər daşınıb (2017-ci illə müqayisədə artım 0,9%).
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 2 xətt və 24 stansiyadan ibarətdir. 2030-cu ilə qədər stansiyaların sayı 76-ya, metro xətlərinin ümumi uzunluğu isə 109 km-ə çatacaq.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət