Bu gün Bakıda “Bakı kart” (“Bakucard”) vahid turist kartının təqdimatı keçirilib.
Bakıya gələn turistlər paytaxtın rəsmi turist kartı olan "Bakı kart" vasitəsilə bir bir çox imtiyazlar əldə edə bilər. Kartlar turistlərə ictimai nəqliyyatdan, həmçinin hava limanından şəhərin mərkəzinə "Baku City Aero Express" avtobuslarından ödənişsiz istifadə imkanı verir. Eyni zamanda, bu kartla muzeylərə giriş həm ödənişsiz, həm də endirimlədir”, - deyə Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri Rüfət Bağırov bildirib.
Onun sözlərinə görə, 1 günlük, 3 günlük və 1 həftəlik kartlar dövriyyəyə buraxılıb.
“Etibarlılıq müddəti 24, 72 saat və 1 həftə olan kartların qiymətləri müvafiq olaraq 24, 45 və 70 manat təşkil edir”, - deyə mərkəzin rəhbəri qeyd edib.
“Kart vasitəsilə 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər və ödənişsiz məhsullardan faydalanmaq mümkündür. Ümid edirik ki, gələcəkdə onların sayı artacaq, çünki vahid turst kartı tərəfdaşlarımızın biznesinin irəli aparılması üçün vasitədir”, - deyə R.Bağırov vurğulayıb.
Onun sözlərinə görə, kartı Heydər Əliyev adına Beynəlxalq Hava Limanından, informasiya mərkəzlərindən, otellərdən, turizm şirkətlərindən, ticarət köşklərindən, eləcə də www.bakucard.az. saytından əldə etmək mümkündür.
Mərkəzin rəhbəri əlavə edib ki, analoji turist kartları Avropanın müxtəlif ölkələrində də tətbiq olunur.
Tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyinin Almaniya, Rusiya, BƏƏ, Səudiyyə Ərəbistanı, Hindistan və Çində fəaliyyət göstərən nümayəndəliklərinin təqdimatı da keçirilib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət