ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında dialoq məqsədilə münbit mühitin yaradılması üçün səy göstərirlər. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer deyib.
“ATƏT-in Minsk qrupunun həmsədrləri hazırda tərəfləri ayıran mürəkkəb məsələlərin müzakirəsi məqsədilə mühit, görüş yeri təşkil etməyə çalışırlar, dəstək olurlar”, - səfir martın 29-da Vyanada Azərbaycan və Ermənistan liderləri arasında görüşü şərh edərkən jurnalistlərə bildirib.
O, Vyana görüşünün yekunları və aprelin 15-də Moskvada Azərbaycan və Ermənistan XİN başçıları arasında keçiriləcək görüşdən məmnunluq ifadə edib.
“Münaqişə tərəfləri arasında görüşlərin keçirilməsinin davam etməsindən məmnunam. Növbəti görüşün keçiriləcəyi məlum olub. ATƏT-in Minsk qrupunun həmsədrləri məhz bunu etməyə çalışırlar. Bizim məqsədimiz sülhə nail olmaqdır”, - səfir bəyan edib.
Xəbər verildiyi kimi, aprelin 15-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həllinə dair üçtərəfli görüş keçirəcəklər. Həmçinin görüşdə ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri iştirak edəcəklər. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət