Nazirlər Kabineti bazar ertəsi keçirilən iclasda Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsinin layihəsini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətin mətbuat xidmətindən məlumat verilib.
İclasda baş nazir Novruz Məmmədov qeyd edib ki, 2020-ci ildə nominal ümumdaxili məhsulun həcmi 82,7 mlrd. manat səviyyəsində proqnozlaşdırılır. Eyni zamanda, ÜDM-in real artımı 2,4%, həmçinin qeyri-neft sektorunun artımı – 3,3% səviyyəsində proqnozlaşdırılır.
Bundan başqa, Məmmədov vurğulayıb ki, gələn il üçün makroiqtisadi proqnozlar və 2020-ci il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan iqtisadiyyatının səmərəliliyi və dayanıqlılığını təmin edəcək.
Bundan əlavə, hökumət gələn il müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, kommunal və infrastrukturun inkişafı və digər tədbirləri davam etdirəcək.
2020-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 mlrd. 484 mln. manat (2019-cu illə müqayisədə artım 5,7%), xərcləri – 25 mlrd. 617,7 mln. manat (artım 5,7%) səviyyəsində proqnozlaşdırılır.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri neftin bir barelinin qiyməti $55 səviyyəsində hesablanıb (2019-cu il üçün neftin bir barelinin qiyməti $60).
Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti $55 səviyyəsində götürülüb (2019-cu il üçün - bir barelinin qiyməti $60 götürülüb).
Gəlirlərin strukturunda 57%-i və ya 13 mlrd. 947,5 mln. manatı neft sektoru, 43%-i və ya 10 mlrd. 536,5 mln. manatı - qeyri-neft sektorundan daxilolmalar hesabına təmin etmək planlaşdırılır. 2019-cu illə müqayisədə qeyri-neft sektorundan daxilolmaların artımı 11,3% səviyyəsində planlaşdırılıb.
Xərclərin strukturunda 10 mln. 247,1 mln. manat (xüsusi çəki 40,7%) sosil məqsədlərə yönəltmək planlaşdırılır, bu da 2019-cu ilin göstəricisindən 2 mlrd. 664,2 mln. manat çoxdur.
Xüsusilə, 2020-ci ildə əmək haqqı xərcləri 6 mlrd. 723,4 mln. manat, pensiya və sosial müavinətlərin ödənilməsinə - 3 mlrd. 213,4 mln.manat, həmçinin DSMF-yə transfertlər – 1 mlrd. 426,9 mln. manat səviyyəsində planlaşdırılır.
İcbari tibbi sığortanın tətbiqi üzrə xərclər 902,9 mln. manat, ərzaq alışı vətəchizat üzrə xərclər – 414 mln. manat, digər sosial xərclər – 81,2 mln. manat səviyyəsində planlaşdırılır.
“Müzakirələrin yekununda sənədlərin baxılması üçün Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunmasına dair qərar qəbul olunub”, - Nazirlər Kabinetinin mətbuat xidmətindən qeyd ediblər.
Mövcud qanunvericiliyə əsasən, Prezident Administrasiyası oktyabrın 15-dən gec olmayaraq 2020-ci il üçün dövlət büdcəsinin layihəsini Milli Məclisə (parlament) təqdim etməlidir.
2019-cu il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərclər üzrə - 25 mlrd. 190 mln. manat təşkil edir. 2019-cu il üçün dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-in 2,5%-i səviyısində proqnozlaşdırılır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət