Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi ilk mərhələdə 2,2 milyona yaxın şəxsi əhatə edəcək. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.
“Birinci mərhələdə İTS-ni Azərbaycanın 20 rayonunda tətbiq edirik. Bu, 1,893 milyon vətəndaşa xidmət göstərilməsi deməkdir. Bundan əlavə, pilot layihənin həyata keçirildiyi regionlarda işi davam etdirəcəyik – Mingəçevir, Ağdaş və Yevlaxda. Beləliklə, birinci mərhələdə Azərbaycanın 23 regionunda 2,2 milyon nəfər xidmətlərimizdən yararlana biləcək”, - Eyvazov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları il ərzində məhdudiyyətsiz sayda İTS-nin xidmətlərindən istifadə edə builəcəklər.
“İTS layihə xidmətlərin istifadəsinə görə limit nəzrdə tutmur. Bu sosial layihədir və biz əhalini keyfiyyətli tibbi xidmətlərlə təmin etməyə hazırıq”, - Eyvazov qeyd edib.
Onun sözlərinə görə, birinci mərhələdə vətəndaşlar İTS çərçivəsində 3 min tibbi xidmətdən yararlana biləcəklər. “Bu, ümumilikdə Azərbaycanda təklif olunan tibbi xidmətıərin təqribın 60%-ni əhatə edir. Sizə məlum olduğu kimi, bizim onkologiya, AİDS, diabet və s. xəstəliklərə qarşı mübarizə üzrə bir neçə dövlət proqramımız var. Hələlik qeyd olunan proqramlar İTS-nin xidmətıər paketinə daxil deyil”, - Eyvazov vurğulayıb.
O əlavə edib ki, həmçinin özəl klinikalar İTS proqramında yer ala bilər. Bu, zəruri müalicənin dövlət klinikaları tərəfindən aparılmadığı halda baş verə bilər. “Bu halda vətəndaşlara özl klinikaya göndəriş veririk, orada həmin şəxs ödənişsiz müalicə oluna biləcək”, - şöbə müdiri bildirib.
2020-ci ildə icbari tibbi sığorta sisteminin Azərbaycan ərazisində tam tətbiqi planlaşdırılır. Tətbiq 4 mərhəldə həyata keçiriləcək. Hər bir mərhələ gələn ilin müvafiq rübündə reallaşdırılacaq. İcbari tibbi sığorta I mərhələdə şimal hissəsi üzrə 20 rayon, II mərhələdə qərb bölgəsi üzrə 17 rayon, III mərhələdə cənub bölgəsində 14 rayon, IV mərhələdə isə Bakı vəSumqayıt şəhərləri, həmçinin Abşeron rayonunda tam tətbiq olunacaq. .
2020-ci il dövlət büdcəsində icbari tibbi sığorta sisteminin tətbiqi üçün 902,9 milyon manat məbləğində vəsait nəzərdə tutulub.**
Ə.Məmmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət