Azərbaycan prezidenti İlham Əliyev əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılmasına 1,19 milyon manat ayırmağı tapşırıb.
Dövlət başçısının saytındakı məlumata əsasən, İ.Əliyev cümə axşamı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, vəsait Goranboy rayonunda 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılacaq.
Qeyd olunan işlər əhalisi 30,378 min nəfər olan 16 yaşayış məntəqəsində həyata keçiriləcək. **
N.Abbasova
DSX: Azərbaycan sərhədçiləri tərəfindən Mnatsakanyan saxlanılaraq Bakıya gətirilib
Azərbaycan XİN: Bakının sorğusuna əsasən BMT-nin missiyası Qarabağa səfər edəcək
Manukyan Qarabağda törətdiyi çoxsaylı terrorçuluq cinayətlərinə görə Azərbaycanda həbs edilib
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azad Mirzəcanzadə inkişaf proqramına start verildi
Peskov: Qarabağda ermənilərin Ermənistana köçmək istədikləri üçün günahkar axtarmaq lazım deyil
Ermənistan müdafiə sahəsinə büdcə xərclərini artırır
Türkiyə və Ermənistan XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində “4SİM TALKS” adlı tədbir keçirilib
Yelo Bank əməkdaşları üçün növbəti “Sağlamlıq günü” təşkil edilib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr