Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar seçkiləri izləmək üçün MDB müşahidə missiyasına 252 üzv daxil olacaq. Bu barədə Birliyin İcraiyyə Komitəsi məlumat verir.
“MDB müşahidə missiyasının formalaşdırılması başa çatıb. 252 müşahidəçinin təmsil olunduğu missiyanın tərkibinə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistandan olan, həmçinin MDB-yə üzv olan ölkələrin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya Parlamentlər İttifaqının və MDB İcraiyyə Komitəsinin nümayəndələri daxildirlər”, - məlumatda qeyd olunur.
Ümumilikdə, MDB müşahidə missiyası Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin monitorinqini davam etdirir.
“MDB müşahidə missiyasının üzvləri Qəbələ, İsmayıllı, Oğuz, Şamaxı, Şəkidəki seçki məntəqələri və dairə seçki komissiyalarının işi ilə tanış olublar. Demokratiya, parlamentarizm və MDB-yə üzv olan dövlətlərin vətəndaşlarının seçki hüquqlarına riayət edilməsinin monitorinqi üzrə beynəlxalq institut və missiyanın eskpertləri Azərbaycanın seçki qanunvericiliyinin təhlilini artıq yekunlaşdırıb. Missiya yekun sənəddə qanunvericiliklə bağlı yekun rəyini səsvermədən bir gün sonra açıqlayacaq”, - məlumatda vurğulanır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət