“Fitch Ratings” beynəlaxlq reytinq agentliyi MDB və Qara dəniz regionunda xammal ixrac edən ölkələrin tədiyə balansının profisitinin mühüm dərəcədə möhkəmlənməsini gözləmir.
“Xammalın qiyməti ilə bağlı təmkinli gözləntilərimiz xammal ixracatçıları üçün balansların mühüm dərəcədə möhkəmlənməsini nəzərdə tutmur. Beləliklə, Qazaxıstan, Azərbaycan və Özbəkistan barəsində diqqətimizi həyata keçirdikləri siyasətin proqnozlaşdırılması və səmərəliliyini artıra bilmək iqtidarında olub və ya olmadıqlarına yönəldəcəyik”, - “Fitch”in MDB və Qara dəniz regionu ölkələrinin suveren reytinqlərinin dinamikası ilə əlaqədar hesabatında deyilir.
Hesabata görə, devalvasiyanın təsiri, kontrsiklik fiskal siyasət, xammaldan gəlirlər planında şoklar və bank sektoruna dəstək azalıb, bu fonda regionda əksər suveren emitentlər ilkin profisitləri təmin ediblər və borcu azaldırlar.
“Büdcə qaydalarının yenilənməsi baş verib. Lakin, valyuta riski zəifliyin əsas amillərindən biri olaraq qalır. Özbəkistan, Belarus və Azərbaycanın dövlət borcunun 90%-dən çoxu xarici valyutadadır, Ermənistan və Gürcüstan üçün isə bu rəqəm 80%-ə yaxındır. Valyuta riskinin azalması milli valyutada daxili kapital bazarlarının inkişafından asılıdır, bu da dedollarlaşmaya dəstək olardı. Regionda əksər ölkələr agentlik tərəfindən tətbiq olunan “b” bank sistemi İndikatoruna malikdirilər, bu da “yüksək səviyyəli spekulyativ fundamental krdeit keyfiyyətini” əks etdirir. Qeyri-işlək kreditlərin səviyyəsi yüksəkdir və rəsmi məlumatlarda bir çox halda tam mənada əks olunmur”, - “Fitch Ratings”in hesabatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar ayında “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib, proqnoz “sabit”dir. Yerli və xarici valyutada qısamüddətli defolt reytinqi “B”, yerli və xarici valyutada təmin edilməmiş böyük borcun emitent reytinqi «BB+», ölkə reytinqi və yerli valyutada təmin edilməmiş qısamüddətli böyük istiqrazlar üzrə emitent reytinqi «BB+» səviyyəsində təsdiq edilib.
2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $4 mlrd. 3 mln. və ya ÜDM-in $34 mlrd. 390,7 mln. təşkil edib.
Azərbaycan hökuməti 2020-ci il üçün tədiyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu $2,5 mlrd. və ya ÜDM-nin 5,2%-dək yaxşılaşdırıb. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət