Bakı Metropoliteninin 3 stansiyasında elektrik enerjisinin verilişi kəsilib, sərnişinlər təxliyə edilib.
“Bu gün Bakı vaxtı ilə saat 15:48-də Bakı Metropolitenində elektrik enerjisinin verilişi kəsilib. Hazırda üç stansiya - "Həzi Aslanov", "Əhmədli" və "Xalqlar Dostlugu" stansiyaları istisna olmaqla, elektrik enerjisinin verilişi bərpa olunub”, - deyə Bakı Metropoliteninin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Hazırda sərnişinlər bu stansiyalardan təxliyə edilir. “Bütün qatarlar tuneldən çıxarılıb. Bu, fövqəladə hallar üçün nəzərdə tutulmuş dizel generatorlarından istifadə edilməsi hesabına mümkün olub", - deyə məlumatda qeyd olunur.
Bakıda elektrik enerjisinin qəfildən bir neçə saniyə kəsilməsi svetoforların işində problemlərə səbəb olub. “Hazırda Bakının Nizami və Xətai rayonlarında 20 kəsişmədə svetoforlar işləmir. Dövlət qurumları ilə birgə svetoforların fəaliyyətinin bərpası üçün tədbirlər görülür”, - deyə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
"Azərenerji" ASC enerji təchizatı sistemində yaranmış problemin səbəblərini şərh etmir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət