Azərbaycan hökuməti neftin bir barrelinin qiymətinin $30-35-dək azalacağı təqdirdə “B” planına malikdir. Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
"Əhali çaxnaşmaya düşməməlidir. Hökumətin “B” planı var. Bu plan bir barrel neftin qiymətinin $30-$35-dək enməsinə hazırlanıb. Bütün ehtiyat tədbirləri görülüb", - deyə o, bu gün jurnalistlərə bildirib.
Sədr qeyd edib ki, neftin qiymətinin ucuzlaşması ölkənin ticarət və tədiyyə balansında ciddi problem yaratmayacaq. “Hazırda biz əllərində nağd manat olan əhalinin baş verən xarici amillərə reaksiyasını müşahidə edirik. Bununla əlaqədar Mərkəzi Bank dünən və bu gün valyuta hərracları keçirib və bankların xarici valyutaya olan bütün tələbatı tam ödənilib. Dünən banklar əldə etdikləri valyutanın hamısını tam şəkildə reallaşdıra bilmədilər. Buna görə də banklarda xarici valyutanın çatışmaması problemi yoxdur. Aparılan əməliyyatların həcmi 10 dəfədən çox artdığı üçün banklar bütün müştərilərin tələbini təmin etməyə yetişmirlər”, - deyə E.Rüstəmov bildirib.
O əlavə edib ki, Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. “Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertləri dəyişmir. Mərkəzi Bankın, Maliyyə Nazirliyinin öz ehtiyatları var. Biz bu ehtiyatlardan tam istifadə edə bilərik. Düşünürəm ki, bu problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil”, - deyə sədr əlavə edib.
Mart ayının əvvəlinə Azərbaycanın strateji valyuta ehtiyatları $52 milyard məbləğində qiymətləndirilir.
Martın 10-da keçirilmiş valyuta hərracında banklar tərəfindən $323,2 milyon, martın 11-də isə $155 milyon məbləğində xarici valyuta alınıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət