SOCAR və «Equinor Apsheron AS» (Norveçin “Equinor” şirkətinin Azərbaycandakı törəməsi) şirkətləri əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq sazişi imzalayıblar. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Yeni saziş SOCAR və “Equinor Apsheron” şirkətlərinin həm müstəqil olaraq, həm də birgə həyata keçirəcəkləri layihələrdə texniki təhlükəsizlik, yanğından mühafizə, sağlamlıq və ətraf mühitin mühafizəsi, nəqliyyat təhlükəsizliyi və qəza-xilasetmə xidmətlərini əhatə edir.
Sənədi SOCAR-ın pezidenti Rövnəq Abdullayev və “Equinor” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Favad Qurayşi imzalayıblar.
Xəbər verildiyi kimi, SOCAR və “Equinor” şirkətləri cari ilin mart ayında Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. “Qarabağ” yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılmışdır. Yatağın məhsuldar layları 3,4 kilometr dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir.
Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.
Quyu “Dədə Qorqud” üzən qazma qurğusu ilə qazılıb.
31 may 2018-ci il tarixində Bakıda SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş və “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.
Sazişlər 2018-ci il iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də isə qüvvəyə minib.
“Qarabağ” yatağı Bakıdan 120 km şərqdə yerləşir. Yatağın ərazisində dənizin dərinliyi 180 metrdir.
“Qarabağ” perspektiv strukturunun işlənilməsi haqqında PSA tipli müqavilə 1995-ci ildə SOCAR (7,5%), “Devon” (30%), LUKOIL (12,5%), “Agiр” (5%) və “LUKAgiр” şirkətləri (45%) arasında imzalanıb. Lakin o dövrdə neftin bir barelinin qiyməti $10-12 olduğu üçün yataqda aşkarlanmış ehtiyatları kommersiya cəhətdən cəlbedici hesab etməyən xarici səhmdarların Hasilatın pay bölgüsü haqqında sazişi həyata keçirməkdən imtina etməsi ilə əlaqədar 1999-cu il fevralın 23-də saziş ləğv edilib. Xarici səhmdarlar tərəfindən kəşfiyyat işlərinə $130 milyonadək vəsait yatırılıb.
Əşrəfi-Dan Ulduzu-Aypara müqavilə sahəsi Bakıdan 50 km şərqdə, Azərbaycanın sahil xəttindən (Abşeron yarımadası) 14 km şərqdə və Çilov və Pirallahı adalarından 7 km şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 20-225 metr arasında dəyişir.
13 milyard kubmetr qaz və 17 milyon ton kondensat ehtiyatına malik olan “Əşrəfi” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 100 kilometr şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 250 metrdən 450 metrə kimi dəyişir.
“Əşrəfi-Dan Ulduzu” strukturlar blokunun işlənməsi haqqında müqavilə 1997-ci ildə BР (30%), “Unocal” (25,5%), “Itochu” (20%) və “Delta HESS” (4,5%) arasında imzalanıb. Bu layihədə SOCAR-ın payı 20% təşkil edib. “Əşrəfi” yatağında kəşfiyyat işləri çərçivəsində az həcmdə - 20-40 milyon ton karbohidrogen ehtiyatları aşkarlanıb. Müqavilə 2000-ci il martın 7-də hüquqi qüvvəsini itirib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət