Azərbaycan Mərkəzi Bankı (AMB) cümə axşamı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $75 milyona yaxın valyuta satıb.
“Cümə axşamı keçirilmiş valyuta hərracında bankların tələbi $74,6 milyon təşkil edib. Bankların hərracda tələbi tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi dəyişməyib və 1,7000 səviyyəsində formalaşıb və cümə axşamı səhərə olan məzənnəyə uyğundur”, - “İnterfaks-Azərbaycan”a AMB-dən bildirilir.
Mart ayında neftin qiymətinin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələbin artması müşahidə olunub. Lakin martın 29-dan etibarən tələbat tədricən azalıb. Nəticədə, martın 10-dan 31-dək hərraclarda $1 milyard 660,3 milyon məbləğində valyuta satılıb.
Xəbər verildiyi kimi, ARDNF-nin məlumatına görə, 2020-ci ilin yanvar-mart aylarında valyuta hərraclarında $2 milyard 771,9 milyon məbləğində xarici valyuta satılıb (ötən ilin analoji dövrü ilə müqayisədə artım 78,6% - İF).
ARDNF bəyan edib ki, cari il valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət