NATO baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturay Alyansın Azərbaycanla münasibətlərinin çox yaxşı olduğunu hesab edir.
“Cənubi Qafqaza gəlincə, burada NATO daha fəal çalışır. Regionun hər üç ölkəsi – Gürcüstan, Azərbaycan, Ermənistan NATO ilə münasibətlərin möhkəmlənməsinə cəhd edir. Azərbaycan üçün unikal istiqamət səciyyəvidir. Bakı Rusiyanın müttəfiqi deyil, lakin NATO-da üzvlüyə də can atmır. Azərbaycanla çox yaxşı əməkdaşlığımız var, bizim və Rusiyanın ali hərbi rəhbərlikləri arasında görüşə öz ərazisində ev sahibliyi etməsi yaxşı nümunədir. Bu istiqamətdə bizdə vacib əməkdaşlıq inkişaf edir”, - Appaturay Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Gürcüstan üçün Alyansa üzv olmağa dair dəqiq məqsədlər səciyyəvidir, bizim bu ölkədə çox fəal iştirakımız var. “Biz Gürcüstana siyasi müstəqillik, suverenliyi qorumağa yardım etmək və bu məqsədə nail olmaq istəyirik. Bu ölkədə insanlar bunu istəyirlər və biz onların cəhdlərinə hörmətlə yanaşırıq”, - o qeyd edib.
Həmçinin, Appaturay Alyansın Ermənistanla «yaxşı əməkdaşlığını” qeyd edib. “Ermənistanın nümunəsi çox vaxt Moskvadan duyduğumuz arqumenti gözlə göründüyü kimi təkzib edir, guya NATO bu ölkəni qonşu Rusiyadan “qopararaq” Alyansa daxil etmək istəyir. Ermənistanın hazırki və əvvəlki rəhbərlikləri təsdiq edərlər ki, biz heç zaman Ermənistanı heç nəyə vadar etməmişik. Ermənistan KTMT-nin üzvüdür, Rusiyanın hərbi müttəfiqidir, Moskva ilə çox yaxşı əməkdaşlıq edir, lakin bu bizim İrəvanla yaxşı əməkdaşlığımıza əngəl törətmir”, - o əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət