Azərbaycanda COVİD-19 koronavirusla əlaqədar vəziyyət nəzarət altındadılr, vəziyyətdən asılı olaraq məhdudiyyətlərin yumşaldılması mümkündür. Bunu prezident İlham Əliyev deyib.
“Koronavirus pandemiyası bütün dünya üçün problemə çevrilib, dünyada 130 mindən artıq şəxs bu virus infeksiyasından dünyasını dəyişib. Deyə bilərəm ki, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda koronavirusla əlaqədar vəziyyət nəzarət altındadır”, - Əliyev çərşənbə axşamı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.
Onun sözlərinə görə, pandemiya çərçivəsində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bütün tədbirlər düzgündür və infeksiyanın yayılmasına imkan verməyib.
“Əgər biz zamanında məhdudlaşdırıcı tədbirlər görməsəydik, yoluxanların sayı 1 min deyil, 10 min, hətta 20 min nəfər ola bilərdi. Digər ölkələrdəki vəziyyət bizim üçün dərs olmalıdır”, - o qeyd edib.
Əliyev əlavə edib ki, bəzi ölkələr koronavirusla mübarizədə Azərbaycanın uğurlu təcrübəsindən bəhrələniblər.
Prezident vurğulayıb ki, pandemiya ilə mübarizə çərçivəsində gələcək tədbirlər vəziyyətin inkişafından asılı olacaq. “Son günlərin dinamikası ümidvericidir. Biz hamımız karantinin tez zamanda bitməsini, hər kəsin normal həyata qayıtmasını istəyirik. Biz vəziyyətin geniş monitorinqini keçirməliyik. Lakin məhdudiyyətlərin yumşaldılması vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq”, - prezident əlavə edib.
Prezidentin sözlərinə görə, karantin rejimi ayın 20-nə qədər qüvvədədir. “Növbəti həftə ərzində həm Operativ Qərargah, həm bütün digər aidiyyəti qurumlar öz təkliflərini verməlidirlər ki, ayın 20-dən sonra biz hansı addımları atmalıyıq, karantin rejimi qüvvədə qalacaq ya yox, qalacaqsa hansı formada qalacaq. Biz yumşalmaya nə vaxtdan başlaya bilərik. Biz bütün bunları gərək dəqiq bilək”, - o əlavə edib.
Xəbər verildiyi kimi, Azərbaycanda yoluxanların ümumi sayı 1197 nəfər təşkil edir, 13 nəfər vəfat edib, 351 nəfər sağalıb.
Hazırda 833 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə keçir. Onlardan 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin – orta ağır, qalanların stabil kimi qiymətləndirilir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət