«SOCAR Energy Ukraine» şirkəti (SOCAR-ın törəmə müəssisəsi) Çonqar nəzarət-buraxılış məntəqəsində Ukrayna vətəndaşlarına xidmət üçün hab inşasını maliyyələşdiriəcək. Bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat verir.
Çərşənbə axşamı Xerson vilayətində Ukraynanın baş nazirinin müavini Aleksey Reznikov, infrastruktur naziri Vladislav Krikli, Xerson vilayəti Dövlət Administrasiyasının sədri Yuri Qusev, “Ukrzaliznitsya” İdarə Heyətinin sədri vəzifəsini icra edən İvan Yurik və «SOCAR Energy Ukraine» şirkətinin pərakəndə ticarət üzrə direktoru Sergey Kolençenko qarşılıqlı anlaşma və habın tikintisi üzrə əməkaşlığa dair memorandum imzalayıblar.
“Çonqar nəzarət-buraxılış məntəqəsi 2019-cu ilin noyabr ayından etibarən Krım ilə sərhəddə fəaliyyət göstərir. Həmkarlarla bilrikdə əməkdaşlığa dair memorandum imzaladıq. Çonqar nəzarət-buraxılış məntəqəsində Krım ilə sərhədi keçən Ukrayna vətəndaşları rahat və sürətli qaydada zəruri xidmətlərin göstərilməsi imknaı ilə təmin ediləcəklər”, - məlumatda Kriklinin sözlərindən sitat gətirilir.
“Vilayət Administrasiyasının xoş niyyəti, investor olan SOCAR şirkətinin yardım etmək arzusu, “Ukrzaliznitsya” tərəfindən dəstək və əməkdaşlıq, İnfrastruktur Nazirliyi tərəfindən görülən işin böyük mərhələsi var ki, bu da gələcək işin əsasını təşkil edir. Bu cür komanda işi olduğu təqdirdə tezliklə nəticə əldə ediləcək və mütləq müsbət olacaq. Çonqar nəzarət-buraxılış məntəqəsinin modernləşdirilməsi – gələcək işin sadəcə birinci mərhələsidir”, - baş nazirin müavini Reznikov bəyan edib.
Xəbər verildiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenski 2020-ci ilin fevral ayında bildirib ki, 2020-ci ilin sonunadək Ukrayna SOCAR şirkəti ilə birlikdə Çonqar nəzarət-buraxılış məntəqəsində vətəndaşlara xidmət göstərmək üçün böyük hab (hub) açacaq. **
N.Abbasova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət