2020-ci ilin I rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $643,6 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu yanvar-mart aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 milyard 602,7 milyon təşkil edib. Beləliklə, cari ilin I rübündə profisit 2,5 dəfə azalıb.
2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda ÜDM $10 milyard 777 milyon təşkil edib. Beləliklə, cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 6%-nə bərabər olub.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, cari ilin I rübündə neft-qaz sektoru üzrə profisit $2,4 milyard (azalma 19,2%), qeyri-neft sektoru üzrə kəsir $1,8 milyard (artım 28,4%) təşkil edib.
2020-ci ilin yanvar-mart aylarında bir barel neftin orta qiyməti $57,6 (2019-cu ilin müvafiq dövründə $61,9) təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinin həcmi $7,1 milyard təşkil edib və Azərbaycan xarici ticarətdə $1,9 milyard (azalma 24,7%) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 13%-i MDB, 87%-i uzaq xarici ölkələrin payına düşüb.
$4,5 milyard həcmində ixracın (azalma 6%) strukturunda neft-qaz ixracı $4,1 milyard (azalma 6,9%), bilavasitə neft və neft məhsullarının ixrac həcmi $3,3 milyard, o cümlədən neft ixracı $3,2 milyard təşkil edib.
$2,6 milyard həcmində idxalın (artım 14,6%) strukturunda $1,1 milyard istehlak mallarının, o cümlədən $352 milyon ərzaq mallarının payına düşüb. Yanvar-mart aylarında ölkəyə $184,4 milyon dəyərində (bütün idxalın 7,1%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
2019-cu ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $4 milyard 364,9 milyon təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 27,9% azdır.*
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət