Türkiyə müdafiə sənayesi məhsullarının alınması üçün Azərbaycana 200 milyon türk lirəsi (TL – $29,3 milyon) məbləğində qrant ayıracaq. Bunu Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim deyib.
"25 fevral 2020-ci il tarixində Azərbaycan ilə Türkiyə arasında hərbi-maliyyə əməkdaşlığına dair saziş imzalanıb. Bu sazişə uyğun olaraq Ankara müdafiə sənayesi məhsullarının alınması üçün Bakıya 200 milyon TL məbləğində qrant ayırmağı öhdəsinə götürüb", - deyə X.İbrahim Türkiyənin "Cümhuriyet" nəşrinə müsahibəsində bildirib.
Azərbaycanın Türkiyədən helikopter və pilotsuz uçuş aparatları almaq planları barədə Azərbaycan KİV-in ötən həftə yaydığı bəyanatları şərh edən diplomat qeyd edib ki, 200 milyon TL yalnız bir məhsulun qiyməti ola bilər. "Bizim müdafiə sənayemiz üçün dəyəri 200 milyon TL-dən çox müdafiə sənayesi məhsullarının alınması lazımdır", - deyən səfir bu məsələ ilə bağlı danışıqların hələ davam etdirildiyini vurğulayıb.
Diplomat, həmçinin deyib ki, Azərbaycan Türkiyə ilə müdafiə sənayesi məhsullarının birgə istehsalını təşkil etməyi planlaşdırır.
"Müdafiə sənayesi sahəsində təkcə Türkiyədən satınalmalar deyil, həm də birgə istehsal məsələləri müzakirə olunur. Türkiyə və Azərbaycan bu məsələdə əməkdaşlıq edəcək, müvafiq görüşlər keçirilir", - deyə X.İbrahim əlavə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət