SOCAR 2020-ci il iyulun 17-dən Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını bərpa etməyi planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
"Bakı-Novorossiysk boru kəməri ilə ixracın bərpa olunmasına gəlincə, neftin nəqlinə cari ilin 17 iyul tarixində başlanılması planlaşdırılır", - deyə İ.Əhmədov bildirib.
Bununla belə, o, "Şimal" marşrutu ilə nəql edilməsi nəzərdə tutulan neftin həcmini açıqlamayıb.
Xəbər verildiyi kimi, SOCAR 2020-ci ilin yanvar ayından Bakı-Novorossiysk boru kəməri ilə neft nəql etməyib. Şirkət neft həcmlərini əsasən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixraca göndərirdi.
SOCAR Novorossiysk boru kəməri vasitəsilə ixracın dayandırılmasının səbəblərini açıqlamayıb. Əhmədov yalnız qeyd edib ki, "əldə olan məlumata görə, sözügedən neft kəmərində müəyyən təmir-profilaktika işləri aparılır".
Energetika Nazirliyinin məlumatına görə, SOCAR 2019-cu ildə Bakı-Novorossiysk kəməri ilə 824,4 min ton neft nəql edib ki, bu da 2018-ci ilin göstəricisindən 36,5% azdır.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət