Türkiyə gələcək illərdə Azərbaycan qazının alış həcmini artıracaq. Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.
“Azərbaycan Türkiyəyə təbii qaz nəqli üzrə artıq birinci yerdədir. Gələcək illərdə biz Azərbaycandan qaz alışı həcmini artıracağıq”, - Çavuşoğlu bu gün Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib.
O məlumat verib ki, Cənubi Qafqaz regionunda Azərbaycanla reallaşdırılan logistika layihələri ilə yanaşı hazırda reallaşdırılmasına “çox böyük önəm verilən” daha iki layihə var.
“Söhbət Qars-Naxçıvan dəmir yolu və Türkiyə-Naxçıvan qaz kəmərinin tikintisindən gedir. Eyni zamanda, Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqlini nəzərdə tutan layihə böyük strateji əhəmiyyət kəsb edir”, - Çavuşoğlu bəyan edib.
Nazir vurğulayıb ki, Türkiyə və Azərbaycan “qarşılıqlı ticarət və sərmayələrin həcmini mütləq artıracaqlar”, həmçinin mədəniyyət və təhsil sahələrində əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.
“Biz Azərbaycan XİN başçısı ilə bu məsələləri müzakirə etdik. Əlbəttə ki, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlıq çox vacibdir, lakin bütün sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün səylərimizi davam etdirəcəyik”, - Çavuşoğlu bildirib.
Xəbər verildiyi kimi, 2020-ci ilin mart ayında Azərbaycan Türkiyəyə qaz ixracının həcminə görə lider olub. Aprel və may aylarında bu liderliyini qoruyub saxlayıb. İyun ayı üzrə hələlik məlumat yoxdur.
Azərbaycan qazı Türkiyəyə yalnız "Şahdəniz" yatağından “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində nəql olunur. 2019-cu ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 9 milyard 584,78 milyon kubmetr qaz (artım 27,3%) ixrac edib.
Ümumi uzunluğu 160 km təşkil edən İqdır-Naxçıvan qaz kəmərinin tikinti məsələsi fevralın 25-də Bakıda Rəcəb Tayyp Ərdoğanın Azərbaycana rəsmi səfəri zamanı müzakirə olunub.
Türkiyə prezidenti bəyan edib ki, bu layihənin reallaşdırılması Naxçvanın qaz təchhizatını mühüm dərəcədə yüngülləşdirəcək.
Türkiyədən Naxçıvana qaz nəqli və qaz kəmərinin tikintisi sazişi 2010-cu ilin iyul ayında imzalanıb. Sazişə əsasən, Türkiyədən 500 milyon kubmetr həcmində qazın Naxçıvana ödənişsiz nəqli nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas ərazisi ilə ümumi sərhədə malik deyil və İran, Ermənistan və Türkiyə ilə həmsərhəddir. Hazırda NMR-ə qaz tədarükü İran ərazisi vasitəsilə həyata keçirilir. Hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Lakin NMR-nin enerji təhlükəsizliyi üçün Naxçıvana ikitərəfli qaz verilməsi məqsədəuyğundur: İrandan və Türkiyədən. **
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət