Azərbaycanda “ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi”nin tətbiqinə başlanandan 466,948 min nəfər www.edvgerial.az portalında qeydiyyatdan keçib. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilir.
“Avqustun 10-na olan vəziyyətə görə, 375,536 min istifadəçi ticarət obyektlərində 20,6 milyon kassa çeki barədə məlumatı qeydə alıb.Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 9,8 mln. manat təşkil edir.
Artıq 5,9 milyon manat ƏDV məbləği geri ödənilib, istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan məbləğ isə geri ödənilmə müddəti üzrə gözləmədədir.
Azərbaycan prezidenti İlham Əliyev 2020-ci ilin mart ayında “ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi”ni təsdiq edib.
Mexanizmə əsasən, ƏDV-nin bir hissəsinin geri qaytarılması xidmətindən istifadə etmək istəyənlər xüsusi portalda qeydiyyatdan keçməlidirlər. İstehlakçı alış-veriş zamanı satıcıdan nəzarət-kassa aparatı çekini tələb etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil etməlidir. Portala daxil olan müraciət çekin çap olunduğu tarixdən 14 gün sonra aktivləşir. Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank qaytarılmalı olan məbləği 10 gün müddətində istehlakçının kartına və ya bank hesabına köçürür. Beləliklə, ƏDV-nin bir hissəsinin qaytarılması prosesi portala müraciət olunduğu gündən etibarən 30 gün müddətində həyata keçiriləcək.
Geriyə ödəniş bank kartına və yaxud hesabına köçürmə yolu ilə həyata keçirilir. Əgər istehlakçı əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV-ni geri almaq üçün milli valyutada bank kartına və yaxud hesabına malik olmalıdır. Bundan başqa, əcnəbi vətəndaşlar ƏDV-nin bir hissəsinin qaytarılmasını nəzərdə tutan Tax Free sistemindən istifadə etmək imkanına malikdirsə, iki variantdan yalnız birini seçə biləcəklər.
Qeyd edək ki, qaytarılan məbləğ nağd qaydada ödənilmiş ƏDV-nin 10%-ni, nağdsız qaydada ödənilmiş ƏDV-nin isə 15%-ni təşkil edir.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət