Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Ermənistan rəhbərlərini keçmişlə yaşamaqdan əl çəkməyə və erməni xalqının normal gələcəyi naminə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çağırıb.
"Mən başa düşə bilmirəm ki, yenidən bu avantüraya əl atmaq, bu mənasız Sevr müqaviləsini yada salmaq, Lozanna müqaviləsini inkar etmək nəyə lazımdır. 100 ildən sonra Ermənistanda yenə də eyni səhvlərə yol verirlər. Yəni, belə çıxır ki, Ermənistanın hazırkı rəhbərliyi indi Sevr müqaviləsini yada salaraq, Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları ilə yanaşı, 100 il əvvəl olduğu kimi, yenə də Türkiyəyə qarşı ərazi iddiaları qaldırır. Nəticədə Ermənistanın 4 qonşu ölkədən üç ölkəyə qarşı ərazi iddiaları var. Aydındır ki, bu vəziyyət normal deyil və erməni liderlərinin xəstə tarixi maniyasının bəhrəsidir", - deyə Ağacanov Ermənistan prezidenti Armen Sarkisyan və baş naziri Nikol Paşinyanın Sevr müqaviləsinin 100 illiyinin qiymətləndirilməsinə həsr olunmuş fikirlərini "İnterfaks-Azərbaycan" agentliyinə şərh edərkən bildirib.
O vurğulayıb ki, qüvvəyə minmədiyi üçün əslində boş kağız olan Sevr müqaviləsi daşnakların 100 il əvvəl erməni xalqını heç nəsiz qoymalarına gətirib çıxarıb.
"Bütün bu boş söhbətlərdən, bu gün Ermənistan rəhbərlərindən başqa heç kimin yada salmadığı müqavilənin göylərə qaldırılmasından, ilk növbədə, sadə erməni xalqı əziyyət çəkir. Sarkisyan və Paşinyan öz bəyanatları ilə yenə də mifik keçmişə gedərək bu günün sərt gerçəkliyini unudublar. Onlar (Ermənistan rəhbərləri – İF) keçmişdən çox danışırlar, halbuki erməni xalqını bu günün və qaranlıq gələcəyin iqtisadi uçurumundan xilas etmək lazımdır. Bunun yerinə Ermənistan prezidenti və baş naziri öz xalqını iqtisadi bataqlığa getdikcə daha çox sürükləyir", - deyə Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri hesab edir.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bu "keçmişin teatrı"na son qoymalı və gələcək barədə düşünməlidir. "Erməni xalqı Azərbaycan və Türkiyə ilə siyasi və iqtisadi münasibətlər qurmalı, bu ölkələrə qarşı ərazi iddialarını dayandırmalı, Ermənistan silahlı qüvvələri işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Zənnimcə, erməni xalqının ağıllı hissəsi bütün bunları anlayır, xalqın bu hissəsi daha fəal olmalı, vəziyyəti öz nəzarətinə götürməlidir. Ermənistanda, Qarabağda savadlı insanlar var və onlar başa düşürlər ki, daşnaklarla erməni xalqını yalnız səfillik, daim qorxu gözləyir, müxtəlif ölkələr Ermənistana yalnız forpost ölkə kimi baxacaq, öz məqsədlərinə çatmaq üçün istifadə edəcəklər", - deyə o qeyd edib.
Ağacanov hesab edir ki, erməni rəhbərləri "keçmişin mirasından" xilas olmayınca, Ermənistanın gələcəyi olmayacaq. "Əgər Ermənistan rəhbərləri keçmişlə yaşamağa davam etsələr və bu dövrün sərt reallıqlarını görməsələr, ölkəni böyük problemlərlə üzləşmə təhlükəsi gözləyir. Və bunda erməni xalqı yox, ilk növbədə, ölkə rəhbərləri günahkar olacaqlar", - deyə Artur Ağacanov əlavə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət