Azərbaycan Mərkəzi Bankı (AMB) emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələbləri təsdiq edib.
15 iyul 2020-ci il tarixində qüvvəyə minmiş tələblərə əsasən, təmin edilmiş istiqraz buraxılışının maksimum həcmi bu istiqrazlar üzrə təminatın həcmi ilə faizlər arasındakı fərqdən çox ola bilməz.
Təmin edilməmiş istiqraz buraxılışının maksimum həcmi xüsusi əmsalın emitentin aktivləri ilə hər bir adi və təmin edilmiş səhm buraxılışının nominal dəyəri arasında olan fərqlərin cəmi arasındakı fərqə vurulması yolu ilə hesablanır.
Azərbaycan Respublikasında qeydiyyata alınmış və uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan emitentlər üçün təmin edilməmiş istiqraz buraxılışının maksimum həcm normativinin əmsalı 2 müəyyən edilir.
Azərbaycan Respublikasında qeydiyyata alınmış və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi dərəcəsi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 1 pillə aşağı olan emitentlər üçün təmin edilməmiş istiqraz buraxılışının maksimum həcm normativinin əmsalı 3 müəyyən edilir.
Ən azı “BBB -”, “Baa3” və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik xarici emitentlər üçün Azərbaycan Respublikasının ərazisində təmin edilməmiş istiqraz buraxılışının maksimum həcm normativinin əmsalı 3 müəyyən edilir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət