Baş Prokurorluq Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərin müəyyənləşdirilərək barələrində məhkəmə qərarı əsasında vergi yoxlamasının keçirilməsini təmin edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“İşğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan şirkətlər müəyyənləşdirilərək barələrində məhkəmə qərarı əsasında vergi yoxlamasının keçirilməsi təmin olunub. Vergi yoxlamalarının nəticələri və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən ümumilikdə 6 şirkətin 306 milyon 821 min manat ($180,5 milyon) məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib”, - deyə məlumatda bildirilir.
Həmin cinayət işləri üzrə axtarışda olan 12 şəxsin tutularaq Azərbaycan Respublikasına ekstradisiyalarına nail olunması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.
Qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib.
“Bundan başqa, bir qrup şəxsin Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 2002-ci ildən etibarən gəlmələrinə, Azıx mağarasında arxeoloji qazıntı işləri apararaq, tarixi, elmi və mədəni dəyəri olan əşyaları talamaları və digər qanunsuz hərəkətlərə yol vermələrinə şübhələr üçün əsaslar müəyyən edilib. Onlar cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq və dövlətlərarası axtarışa veriliblər”, - deyə məlumatda qeyd olunur.
Həmçinin prokurorluq orqanlarında Dağlıq Qarabağ və ətraf rayonlara qanunsuz səfərlər etmiş şəxslər barədə cinayət işləri istintaq olunur.
“Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən beynəlxalq hüquq normaları çərçivəsində kəsərli tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanır.*
Ə.Məmmədov
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət