Dağlıq Qarabağ münaqişəsi zonasında mövcud vəziyyət Ermənistanın baş naziri Nikol Paşinyanın məsuliyyətsiz siyasətinin məntiqi nəticəsidir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belə hesab edir.
“Yaranmış vəziyyət Ermənistanın yeni rəhbərliyinin məsuliyyətsiz siyasətinin məntiqi nəticəsidir. 2018-ci ilin yazında “Soros çevrilişi” nəticəsində hakimiyyətə gələndən sonra Paşinyan Azərbaycan Prezidentinə müraciət edərək ona münaqişə ilə bağlı vəziyyəti daha ətraflı öyrənmək üçün vaxt verilməsini xahiş etdi, sülh prosesinə konstruktiv yanaşma nümayiş etdirəcəyinə söz verdi. Prezident Əliyev bu xahişə konstruktiv yanaşdı, hesab etdi ki, Ermənistan rəhbərliyində sağlam düşüncə və xoş məram üstünlük təşkil edəcək. Təəssüf ki, Paşinyan və onun administrasiyası başqa yol seçdilər", - deyə Bayramov Rusiyanın “Natsionalnaya oborona” ("Milli müdafiə") jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, "Paşinyan amili" yaranmış vəziyyətə çox güclü təsir göstərir.
“Nikol Paşinyan və onun administrasiyası praktiki olaraq, hakimiyyətə gəldiyi ilk vaxtdan münaqişə ətrafında vəziyyətin eskalasiyası prosesini işə saldılar. Onların ilk addımlarından biri Ermənistanın yeni baş nazirinin doğma oğlunu Ermənistanda deyil, Azərbaycanın işğal edilmiş ərazilərində hərbi xidmət keçməyə göndərilməsi oldu. Bu, faktiki olaraq, ilk siyasi siqnal və piar kampaniyasının başlanğıcı oldu. Paşinyan işğal edilmiş ərazilərə tez-tez səfər etməyə başladı və belə səfərlərin birində şəxsən “Qarabağ Ermənistandır və nöqtə” şüarını irəli sürdü. Bu şüar münaqişənin nizamlanmasına Paşinyanın həqiqi yanaşmasını tam aydın göstərdi, çünki əgər Qarabağın Ermənistan olduğunu fərz etsək, Azərbaycan kiminlə və nə barədə danışıqlar aparmalıdır, belə danışıqların nə mənası var?", - deyə nazir qeyd edib.
C.Bayramov əlavə edib ki, Paşinyan danışıqlar prosesini tam pozmaq məqsədilə Azərbaycana danışıqlar prosesinin bərpa edilməsi üçün açıq-aşkar absurd xarakterli yeddi ilkin şərt irəli sürüb.
“Ermənistan xaricdən külli miqdarda silah və texnika almağı davam etdirir, həm Azərbaycan ilə dövlət sərhədində, həm də ölkəmizin işğal olunmuş ərazilərində öz qoşunlarının sıxlığını artırırdı. Bütün bu addımlar bu gün Paşinyan administrasiyasının 2020-ci il 27 sentyabr hadisələrinə gətirib çıxaran məqsədyönlü siyasətinin məntiqini daha yaxşı anlamağa imkan verir", - deyə XİN başçısı vurğulayıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət