Nazirlər Kabineti “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nı təsdiq edib.
Nazirlər Kabinetinin rəsmi saytında dərc olunmuş qərara əsasən, xarici ölkədə 182 gündən çox müddətdə yaşayan, ortaaylıq gəliri yaşadığı ölkənin ortaaylıq əməkhaqqından az olan aztəminatlı azərbaycanlılar 2021-ci il yanvarın 1-dən etibarən aşağıdakı hallarda birdəfəlik pul yardımı ala biləcəklər: qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda; fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda; vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda.
Sosial yardımın yuxarı həddi 3000 manat müəyyən edilib.
Sosial yardım almaq üçün müraciət “Elektron hökumət” portalından və ya Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi internet səhifəsindən istifadə etməklə elektron formada həyata keçiriləcək. Müraciətə sosial yardım almaq üçün əsas yaradan hallar və müraciət edən şəxs barədə təsdiqedici sənədlərin və yaşayış yeri üzrə qeydiyyatı təsdiq edən sənədin əlavə edilməsi zəruridir. Tərtib edilmiş sənədlərin həqiqiliyi apostil və ya leqallaşdırma qaydasında təsdiq olunmalıdır. Sənədlər xarici dildə tərtib edildikdə, onların Azərbaycan dilinə tərcüməsi də əlavə olunmalıdır.*
X.Nəsirzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət