“SOCAR Energy Ukraine” şirkəti 2020-ci ildə Ukraynanın Nikolayev vilayətində zərərlə işləyən 5 ədəd yanacaqdoldurma kompleksini satıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu “SOCAR Energy Ukraine” şirkətinin pərakəndə satış istiqaməti üzrə direktoru İqor Orlov deyib.
“Cari ildə biz 5 ədəd yanacaqdoldurma kompleksi satmışıq, ancaq bu, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantinlə bağlı olmayıb. Bu komplekslər Nikolayev vilayətindəki trasda yerləşirdi və zərərlə çalışırdı. Biz bu yanacaqdoldurma komplekslərinə müxtəlif çeşid variantları, yeni məhsullar əlavə etsək də, onlar qeyri-rentabelli idilər. Biz iki ilə yaxın müddətdə bu komplekslərin satışı və ya icarəyə verilməsi məsələsi ilə məşğul olmuşuq”, - deyə Orlov Ukrayna mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, yanacaqdoldurma kompleksləri “BRSM-Nafta” şirkətinə satılıb.
Direktor, həmçinin qeyd edib ki, COVID-19 pandemiyası səbəbindən cari ilin yazında Ukraynada tətbiq olunmuş karantin tədbirləri şirkətin yanacaq satışı və gəlirlərinin azalmasına gətirib çıxarıb.
O əlavə edib ki, yayda ölkədə karantin tədbirlərinin aradan qaldırılması ilə yanacaq satışı ilə bağlı vəziyyət yaxşılaşıb və şirkət 2019-cu ildə qeydə alınmış həcmlərə çata bilib.
“SOCAR Energy Ukraine” 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. 2009-cu ilin əvvəlində Ukraynanın pərakəndə yanacaq bazarı ətraflı şəkildə öyrənildikdən sonra “SOCAR Energy Ukraine” bu ölkədə yanacaqdoldurma şəbəkələrinin yaradılması və inkişaf etdirilməsinə qərar verib. Hazırda şirkətin Ukraynada 55 ədəd yanacaqdoldurma kompleksi fəaliyyət göstərir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət