Cümə günü Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan liderinin mətbuat xidməti məlumat verib.
“Dekabrın 11-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Mirziyoyev Əliyevi Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması münasibətilə səmimi qəlbdən təbrik edib, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb. Dövlət başçıları bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin ediləcəyinə ümidvar olduqlarını bildiriblər”, - məlumatda qeyd olunur.
Məlumata görə, söhbət zamanı Özbəkistan-Azərbaycan çoxplanlı münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
“Qeyd edilib ki, pandemiya ilə bağlı mürəkkəb dövrdə göstərilən qarşılıqlı dəstək iki dövlət arasında çoxəsrlik dostluğu və əməkdaşlığın strateji xarakter daşımasını bir daha nümayiş etdirib. Dövlət başçıları qarşılıqlı ticarətin həcminin artırılmasına, sənaye və kənd təsərrüfatı, energetika, nəqliyyat və logistika, turizm və digər sektorlarda aparıcı müəssisələrin kooperasiyasının genişlənməsinə yönəlmiş birgə proqramların və layihələrin fəal surətdə həyata keçirilməsinin vacibliyini ayrıca qeyd ediblər. Tərəflər regionlararası və mədəni-humanitar mübadilələri intensiv şəkildə davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər”, - məlumatda deyilir.
Söhbət zamanı Əliyev və Mirziyoyev qlobal və regional strukturlar çərçivəsində sıx dialoq saxlamaq barədə razılaşıb, yüksək səviyyədə gələcək ikitərəfli və çoxtərəfli tədbirlərin cədvəlini nəzərdən keçiriblər. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət