Çərşənbə axşamı Azərbaycan və Türkiyə Naxçıvan Muxtar Respublikasına təbii qaz tədarükü üzrə qarşılıqlı anlaşma Memorandumu imzalayacaq. Bu barədə Türkiyənin “Sabah” nəşri məlumat verir.
“Memorandum bu gün saat 16:00-da Türkiyə Energetika və Təbii Ehtiyatlar Nazirliyində nazir Fatih Dönməz və Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında imzalanacaq. Sənəd Türkiyənin İqdır vilayətindən qazın NMR-ə tədarükünü nəzərdə tutur. SOCAR və BOTAS-ın üzərinə bu layihənin reallaşdırılması ilə bağlı öhdəlik qoyulub”, - nəşr qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Nəşrin məlumatına görə, təbii qazın Naxçıvana fasiləsiz tədarükü Qarabağın işğaldan azad edilməsi ilə birlikdə NMR-nin iqtisadiyyatını dircəldəcək.
“İqdır-Naxçıvan qaz kəməri ilə nəql olunacaq qaz bu regionun cari tələbatını təmin edə biləcək. Qeyd edilən layihə sayəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərlərindən sonra bu, Türkiyə ilə Azərbaycan arasında yeni boru kəməri olacaq”, - məlumatda qeyd olunur.
Ümumi uzunluğu 160 km təşkil edən İqdır-Naxçıvan qaz kəmərinin tikinti məsələsi fevralın 25-də Bakıda Rəcəb Tayyp Ərdoğanın Azərbaycana rəsmi səfəri zamanı müzakirə olunub.
Türkiyə prezidenti bəyan edib ki, bu layihənin reallaşdırılması Naxçvanın qaz təchhizatını mühüm dərəcədə yüngülləşdirəcək.
Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas ərazisi ilə ümumi sərhədə malik deyil və İran, Ermənistan və Türkiyə ilə həmsərhəddir. Hazırda NMR-ə qaz tədarükü İran ərazisi vasitəsilə həyata keçirilir. Hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Lakin NMR-nin enerji təhlükəsizliyi üçün Naxçıvana ikitərəfli qaz verilməsi məqsədəuyğundur: İrandan və Türkiyədən. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət