Böyük Britaniyanın "Anglo Asian Mining" şirkəti bu gün Azərbaycanın qərbində yeni qızıl-mis yatağının kəşf edilməsi barədə məlumat yayıb.
“"Anglo-Asian Mining" şirkətinin kəşfiyyat qrupu Gədəbəy müqavilə sahəsində “Zəfər” adlı yeni porfir mis-qızıl yatağı aşkar edib. Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir”, - deyə məlumatda bildirilir.
Yataq kəşfiyyat və xəritələşdirmə yolu ilə müəyyənləşdirilib. Aparılan qazma işləri nəticəsində üç minerallaşmış zona müəyyən edilib. Ümumilikdə 7 675 metr dərinlikdə cəmi 12 quyu qazılıb.
“Hazırda yeni yataqda qazma işləri davam etdirilir və zərurət yaranarsa geofiziki işlər aparılacaq. 2020-ci ildəki işlərin nəticələrinə əsasən yatağın potensialının ilkin qiymətləndirilməsi təqribən 6 milyon ton minerallaşmış süxurdur. Şirkət gələcək hasilat və istehsalın iqtisadi məqsədəuyğunluğunu müəyyənləşdirmək üçün yatağın minerallaşmasının davamlılığını qiymətləndirməyə davam edəcək”, - deyə məlumatda qeyd olunur.
“Bu kəşf bizim “Gədəbəy” müqavilə sahəsinin davamlı potensialına və kəşfiyyat proqramlarının səmərəliliyinə inamımızı nümayiş etdirir. Şirkət yeni kəşfin ehtiyatlarını JORC Məcəlləsinə əsasən qiymətləndirmək və sahəni kommersiyalaşdırmağın ən yaxşı yolunu müəyyənləşdirmək üçün işləyir”, - deyə "Anglo-Asian Mining" şirkətinin baş direktoru və prezident Reza Vəziri bildirib.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” müqavilə sahəsində iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) qızıl, gümüş və mis hasil edir.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət