Hazırda Azərbaycanın bank sektorunda vəziyyət sabitdir. Bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.
"Bu gün bank sektorunun və onun ayrı-ayrı institutlarının sabitliyi bizi tamamilə qane edir. Ancaq qeyd etmək istəyirəm ki, bank sektorunda yoxlamalar fasiləsiz xarakter daşıyır. Bu gün bank sektorunun kapitallaşma və likvidlik səviyyəsi prudensial normaları əhəmiyyətli dərəcədə üstələyir. Lakin biz vəziyyəti nəzarət altında saxlamağa davam edəcəyik", - deyə o, bu gün mətbuat konfransında "İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.
AMB sədri əlavə edib ki, 2020-ci ilin əvvəlində bir sıra banklarda vəziyyət suallar yaradıb, lakin onlarla iş nəticəsində yaxşı nəticələr əldə edilib.
"Bir sıra banklarda kapitallaşma aparılıb və yaxşı nəticələr əldə edilib. Biz göstəricilərin ciddi artımına nail olmuşuq, ancaq obyektiv amillər, xüsusilə koronavirus pandemiyası sonradan göstəricilərin müəyyən qədər azalmasına səbəb olub. Yəni bu banklarla iş aparılır, irəliləyiş var, lakin problemlər də qalır", - deyə Rüstəmov qeyd edib.
Hazırda Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malikdir.
Xəbər verildiyi kimi, 2020-ci ildə Azərbaycan banklarının ümumi aktivləri 2%, kredit portfeli 5%, öhdəlikləri 2,8% azalıb, kapitallaşması 2,5% artıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət