Azərbaycan Mərkəzi Bankı (AMB) işğaldan azad edilmiş rayonlarda iki ərazi idarəsi açmağı planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
"Biz Azərbaycanın azad edilmiş ərazilərində fəal iş aparmağı planlaşdırırıq. Bütün maliyyə institutları ilə fəal danışıqlar aparılır. Azad edilmiş torpaqlarda kommersiya banklarının filial və şöbələrindən başqa, Mərkəzi Bankın 2 ərazi idarəsini də yaratmağı planlaşdırırıq. Ümid edirəm ki, onlardan biri Şuşa şəhərində olacaq", - deyə Rüstəmov bu gün mətbuat konfransında bildirib.
O, həmçinin Azərbaycan torpaqlarının azad edilməsinin ildönümü münasibətilə xatirə banknotları və pul nişanlarının buraxılması planları barədə məlumat verib.
"Azad edilmiş hər bir rayona həsr olunmuş xatirə pul nişanları buraxılacaq. Bundan başqa, "bir millət – iki dövlət" ideyasına həsr olunmuş xatirə nişanının buraxılması planlaşdırılır. Ümid edirik ki, bütün bu planları müharibədə qələbənin ildönümünə qədər həyata keçirəcəyik", - deyə Rüstəmov əlavə edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət