“Media Təhlil Mərkəzi” COVİD-19 əleyhinə peyvəndlə bağlı ictimaiyyətin rəyini öyrənmək üçün sorğu keçirib.
Sorğuda iştirak edən 780 respondentin 39,5%-i qısa müddət ərzində peyvənd olunmaq istədiyini, 16,5%-i peyvənd olunmaq istəmədiyini, 44%-i isə peyvənd olunanların reaksiyasını gözlədiyini bildirib.
Peyvənd olunmaq istəməyənlərin əksəriyyətini qadınlar təşkil edib.
Vaksinasiyadan keçmək istəyənlərin53%-i istehsalçı ölkəyə böyük əhəmiyyət verdiklərini,daha 15,3%-i isə vaksinin hansı ölkədə istehsal olunmasına əhəmiyyət vermədiyini deyib.
Sorğuda iştirak edənlərin 31,7%-i isə dövlət tərəfindən alınan vaksinə etibar etdiyini qeyd edib.
Bundan başqa, rəy sorğusunda iştirak edən respondentlərin 53%-i “COVİD-19” virusuna yoluxma təhlükəsindən ehtiyat etdiyini, 22,3%-i virusdan qorxmadığını, 19,4%-i isə artıq virusa yoluxduğunu bildirib. 5,3% respondent isə bu suala cavab verməkdə çətinlik çəkib.
Xəbər verildiyi kimi, Azərbaycanda 18 yanvar tarixindən etibarən yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. İlk olaraq tibb işçiləri vaksinasiya olunacaq. Fevralın 1-dən isə yaşı 65-dən yuxarı olan şəxslərə vaksin vurulacaq.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2021-ci ildə Azərbaycana COVAX platforması çərçivəsində 2 milyon doza vaksin gətiriləcək. Eyni zamanda, Çinin “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. **
X.Nəsirzadə
.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət