«AzerGold» QSC 2020-ci ildə qızıl və gümüş külçə və sikkələrin satışından gəlirlərini 84% artırıb. Bu barədə "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
“Cəmiyyət tərəfindən istehsal olunan külçə və sikkələrin pərakəndə satışı ötən il də davam etdirilib. 2020-ci il ərzində ümumi dəyəri 1,6 milyon manat olan 1275 ədəd məhsulun satışı həyata keçirilib. Hesabat dövrü ərzində qiymətlilərin onlayn sifarişlərinin həyata keçirilməsi üçün yaradılan "Azergold.gift" saytı və sosial şəbəkələr üzərindən həyata keçirilən fəaliyyət, ümumilikdə satış dinamikasının da artmasına səbəb olub. Nəticədə 2019-cu illə müqayisədə 80% daha çox məhsul satılıb, əldə edilən vəsait 84% artıb”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında yaradılmış işçi qrup zərgərlik sənayesində mövcud fiskal siyasət çərçivəsində stimullaşdırma, gömrük rüsumlarının, o cümlədən aksiz və əlavə dəyər vergisinin optimallaşdırılması, məmulatların dövriyyəsinə və keyfiyyətinə nəzarət mexanizminin tətbiqi, maliyyələşdirmə və stimullaşdırma mexanizmlərinin formalaşdırılmasına dair təkliflər hazırlayıb.
“İslahatların icrası nəticəsində zərgərlik sahəsi üzrə ölkə büdcəsinə vergi və rüsum formasında daxilolmaların artacağı gözlənilir. Bununla yanaşı, artıq qızıl istehsalçıları rəsmi və şəffaf formada xammal əldə etmək və bu xammaldan istehsal ediləcək qızıldan hazırlanan məmulatların ixracını rahatlıqla həyata keçirmək imkanı da qazanmış olacaqlar”, - deyə Z.İbrahimov əlavə edib.
O qeyd edib ki, "AzerGold" tərəfindən atılacaq ilk addımlardan biri kimi satış mərkəzinin yaradılması nəzərdə tutulub. “Burada "AzerGold" tərəfindən istehsal edilən sikkə və külçələrin minimal mənfəət marjası ilə satışı və bu məhsulların qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı reallaşdırılacaq. Beləliklə, "AzerGold" QSC-dən qızıl sikkə və külçələri əldə etmək istəyən müştərilər gələcəkdə bu məhsulların təkrar bazarda hansı qiymətlə sata biləcəyini təxmin edəcəklər. Tətbiq edilməsi planlaşdırılan sistem bu sahədə ikinci əl bazarının "kölgə iqtisadiyyatı"ndan çıxarılmasına mühüm töhfələr verəcək", - deyə Z.İbrahimov vurğulayıb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət