2021-ci ilin yanvar-fevral aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 2 milyard 852 milyon 304,113 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 2,6 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
Ümumi dövriyyədən 2 milyard 196 milyon 621,704 min manat (artım 4,9 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 449 milyon 511,782 min manat (artım 2,9 dəfə) olub. İlkin bazarda 295 milyon 600,951 min manatlıq, təkrar bazarda 153 milyon 910,831 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 1 milyard 747 milyon 109,923 min manat (artım 6 dəfə) təşkil edib. İlkin bazarda 1 milyard 654 milyon 972,434 min manatlıq, təkrar bazarda 92 milyon 137,489 min manatlıq not yerləşdirilib.
Yanvar-fevral aylarında BFB-nin ümumi dövriyyəsində 68 milyon 566,458 min manat (azalma 5,9 dəfə) korporativ bazarın payına düşüb. Bu dövrdə bütün əməliyyatlar təkrar bazarın payına düşüb. İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 62 milyon 909,939 min manat təşkil edib. Digər korporativ istiqrazların yerləşdirilmə həcmi 5 milyon 224,981 min manat məbləğində olub.
Yanvar-fevral aylarında BFB-nin ümumi dövriyyəsində 587 milyon 115,951 min manat (artım 2,4 dəfə) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, fevralın sonuna birjanın kapitallaşması 4 milyard 157 milyon 558,686 min manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstəricidən 7% çoxdur.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət