2020-ci ildə Azərbaycana ətir və tualet suyu idxalı 2019-cu illə müqayisədə miqdar ifadəsində 11%, dəyər ifadəsində 9,2% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 1 min 457,26 ton, dəyəri $17 milyon 109,22 min təşkil edib”, - deyə məlumatda bildirilir.
Fransa 2019-cu ildə olduğu kimi 2020-ci ildə də sözügedən məhsulları Azərbaycana idxal edən ölkələr arasında lider olub. Ötən il bu ölkədən $5 milyon 611,92 min dəyərində 61,7 ton (miqdar ifadəsində azalma 35,7%, dəyər ifadəsində azalma 21%) ətir və tualet suyu idxal edilib.
Bundan başqa, iri tədarükçülər sırasına Polşa ($2 milyon 319,68 min dəyərində 181,37 ton), Rusiya ($2 milyon 126,26 min dəyərində 305,19 ton), İtaliya ($1 milyon 468,77 min dəyərində 21,82 ton), Türkiyə ($1 milyon 349,91 min dəyərində 204,21 ton), Çin ($1 milyon 140,05 min dəyərində 505,87 ton), İspaniya ($1 milyon 46,42 min dəyərində 29,69 ton), BƏƏ ($810,42 min dəyərində 59,82 ton), Böyük Britaniya ($429,36 min dəyərində 3,24 ton) və İsveç ($262,33 min dəyərində 23,88 ton) daxildir.
Digər tədarükçülərin siyahısına Ukrayna, Bolqarıstan, Belarus, Almaniya, ABŞ, Bəhreyn, Çexiya, Avstriya, Hindistan, İran, İsveçrə və Əmman da daxil olub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət