Azərbaycan uzun illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ mühaibəsini sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə həll etməyə hazırlaşıb. Bunu prezident İlham Əliyev deyib.
“Deyə bilərəm ki, 2003-2020-ci illər, əgər indi tarixə bu prizmadan yanaşsaq, bir hazırlıq dövrü idi. Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik”, - Əliyev cümə günü Yeni Azərbaycan Partiyasının VII qurultayında bildirib.
Prezident vurğulayıb ki, bu illər ərzində “bir sıra böyük ölkələrin” nümayəndələri düşmənçilik və hərbi ritorikada onu ittiham edərək, eyni zamanda təzyiq göstərib.
“Nə qədər mənə qarşı təzyiqlər oldu buna görə. Nə qədər məni ittiham etdilər böyük ölkələrin nümayəndələri ki, İlham Əliyev sülh istəmir, müharibə istəyir, kimisə hədələyir. Müharibə mümkün deyil. (...) Mən buna razılıq verdimmi? Xeyr. Nə qədər məni, necə deyərlər, inandırmağa çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Mən buna razılıq verməmişdim”, - Əliyev qeyd edib.
Prezidentin sözlərinə görə, Azərbaycan 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar zamanı ölkənin ərazi bütövlüyünü bərpa etdi.
O cümlədən, dövlət başçısı Ermənistanın Qarabağ müharibəsində məğlubiyyət səbəblərindən biri olaraq “ölkənin hərbi-siyasi rəhbərliyinin öz xalqını yalan təbliğatla aldatmağında” görür.
“Erməni rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxları hesab edirdilər onlar haqlıdır ki, bizim torpaqlarımızı zəbt edirlər. Mən demişdim, onları müalicə etdirmək lazımdır. Onlar xəstələniblər, koronavirusdan da betər bir virus hopub bunların canına. O millətçi və irqçi, azərbaycanafob, islamafob erməni siyasətçiləri, bax, buna gətirib çıxardılar”, - Əliyev bəyan edib. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət