Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında yaradılmış Enerji üzrə İşçi Qrupunun növbəti iclası cari ilin ikinci yarısında keçiriləcək. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə iki ölkə arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələləri, o cümlədən Avropanın enerji təminatının şaxələndirilməsində, xüsusilə qaz təminatında Azərbaycanın mühüm rolunu müzakirə edib”, - deyə məlumatda bildirilir.
Energetika naziri iki ölkənin dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda,Azərbaycanda günəş və külək enerjisi sahəsində keçiriləcək hərraclarda Macarıstan şirkətlərinin iştirakı üçün əlverişli imkanların olduğunu bildirib.
“Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında yaradılmış Enerji üzrə İşçi Qrupunun fəaliyyətinə, cari ilin ikinci yarısında keçirilməsi planlaşdırılan növbəti iclasda müzakirə ediləcək məsələlərə diqqət çəkilib”, - deyə məlumatda qeyd olunur.
P.Siyarto ölkəsinin şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində iştirakda maraqlı olduğunu bildirib.
“Cənub Qaz Dəhlizinin qaz mənbələri və marşrutların diversifikasiyası baxımından Macarıstan üçün böyük önəm daşıdığını qeyd edən nazir, layihənin Mərkəzi Avropaya genişlənməsinə marağını ifadə edib, bağlantı kəmərlərinin vacibliyini vurğulayıb”, – deyə məlumatda vurğulanır.
Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD ilə ildə 16 milyard kubmetr həcmində qazın ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya ixrac illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TAP) ilə həyata keçirilir.
2021-ci ildə CQD ilə Azərbaycandan Avropaya 5 milyard kubmetrdən çox qaz nəql olunacaq.
Hazırda CQD layihəsinin Qərbi Balkan ölkələrinə genişləndirilməsi müzakirə olunur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət